...

Sürücülərin nəzərinə: Rənglənmə işləri aparılacaq

Cəmiyyət Materials 9 İyun 2017 10:24 (UTC +04:00)
Zabrat-Maştağa avtomobil yolunun Heydər Əliyev prospekti ilə kəsişməsindən Zabrat dairəsinə qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Sürücülərin nəzərinə: Rənglənmə işləri aparılacaq

Bakı. Trend:

Zabrat-Maştağa avtomobil yolunun Heydər Əliyev prospekti ilə kəsişməsindən Zabrat dairəsinə qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, rənglənmə işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti işləri aparıldığı zolaqlar üzrə məhdudlaşdırılaraq digər hərəkət zolaqlarına yönəldiləcək.

Bu səbəbdən "Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazidə diqqətli hərəkət etmələrini tövsiyyə edir.

Qeyd edək ki, üfuqi nişanlanma xətlərinin çəklişi işləri bu gün axşam saatlarınadək tam olaraq yekunlaşdırlacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti