...

Azərbaycan - Şimali İrlandiya oyununa 21 MİN bilet satılıb

Cəmiyyət Materials 9 İyun 2017 12:51 (UTC +04:00)
Azərbaycan və Şimali İrlandiya futbol üzrə milli yığma komandalarının qarşılaşmasına 21 min bilet satılıb.
Azərbaycan - Şimali İrlandiya oyununa 21 MİN bilet satılıb

Bakı. Samir Əli - Trend:

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan və Şimali İrlandiya futbol üzrə milli yığma komandalarının qarşılaşmasına 21 min bilet satılıb.

Trend-in məlumatına görə, qarşılaşmada Şimali İrlandiyadan 300 nəfər xarici azarkeş iştirak edəcək. Oyunu 21 xarici və 200-dən artıq yerli jurnalist izləyəcək.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) bildirilib ki, oyuna qədər 40 min biletin satılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti