...

Zığ-Hava limanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 9 İyun 2017 17:13 (UTC +04:00)
Zığ-Hava limanı avtomobil yolunda profilaktik tədbirlərin görülməsinə başlanılır.
Zığ-Hava limanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır

Bakı. Trend:

Zığ-Hava limanı avtomobil yolunda profilaktik tədbirlərin görülməsinə başlanılır. Bir müddət ərzində sözügedən yolda təmir işləri görüləcək.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, profilaktik təmir işlərinin görüldüyü 1 zolaq üzrə hərəkət hissə-hissə məhdudlaşdırlaraq, digər boş qalacaq zolaqlara yönəldiləcək.

Sürücülərin sözügedən yoldan istifadəsi zamanı diqqətli olmaları, profilaktik təmir işləri ilə əlaqədar olaraq quraşdırılan müvəqqəti yol nişanlarına və sürət həddinə əməl etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti