...

DİN Mingəçevirdə törədilən qətllə bağlı məlumat yayıb

Cəmiyyət Materials 10 İyun 2017 12:11 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Mingəçevir şəhərində törədilən ağır qətl hadisəsi ilə bağlı məlumat yayıb.
DİN Mingəçevirdə törədilən qətllə bağlı məlumat yayıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevir şəhərində törədilən ağır qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin məlumatında bildirilir ki, ailə münaqişəsi zəminində arvadını və iki azyaşlı uşağını qətlə yetirmiş Mingəçevir şəhər sakini Lazım Hüseynov ŞPŞ-yə gələrək istintaqa təslim olub.

İyunun 9-da Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş L.Hüseynov ŞPŞ-yə gələrək evində ailə münaqişəsi zəminində arvadı Aynurə Hüseynovanı odlu silahdan açdığı atəşlə, oğlu 9 yaşlı Hüseyni və qızı 5 yaşlı Mədinəxanımı isə bıçaqla qətlə yetirdiyini bildirib və istintaqa təslim olub.

ŞPŞ-nin əməkdaşları tərəfindən hadisə baş verən evin yaxınlığından qətlin törədilməsində istifadə edilən “AKM” markalı silah və bıçaq aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti