...

Binəqədi məktəblilərinin Qənirə Paşayeva ilə görüşü keçirilib (FOTO)

Cəmiyyət Materials 10 İyun 2017 15:35 (UTC +04:00)
Binəqədi rayonunda yerləşən 283 saylı tam orta məktəbdə millət vəkili Qənirə Paşayeva ilə görüş və onun yaradıcılığına həsr olunmuş “Özümə yolçuluq” adlı ədəbi-bədii tədbir keçirilib.
Binəqədi məktəblilərinin Qənirə Paşayeva ilə görüşü keçirilib (FOTO)

Bakı. Trend:

Binəqədi rayonunda yerləşən 283 saylı tam orta məktəbdə millət vəkili Qənirə Paşayeva ilə görüş və onun yaradıcılığına həsr olunmuş “Özümə yolçuluq” adlı ədəbi-bədii tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə millət vəkili Q.Paşayeva, Təhsil Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.

Məktəbin direktoru Tünzalə Zeynalova Q.Paşayevanın yaradıcılığı ilə bağlı danışıb və bu cür tədbirlərin məktəblilər üçün önəmini vurğulayıb. Daha sonra məktəblilər xanım millət vəkilinin yaradıcılığı ilə bağlı hazırladıqları bədii hissəni təqdim ediblər.

Sonra Q.Paşayeva tədbirdə çıxış edib. O, maraqlı proqram əsasında tərtib olunmuş çıxışlarına, səhnəciklərə görə şagirdlərə və bu işdə onlara dəstək olan müəllimlərə təşəkkür edib. Millət vəkili orta məktəbdə belə bir maraqlı proqramın gerçəkləşdirilməsindən məmnunluğunu ifadə edərək, bunu onun yaradıcılığına müraciət edilməsi ilə deyil, ümumən şagirdlərin öz istedad və bacarıqlarını bütün parlaqlığı ilə üzə çıxara bilmələri, yeni kitablarla tanış olmaları, oxuduqlarına isə səhnə təcəssümü verə bilmələri ilə əlaqələndirib.

Bütün tərəqqipərvər ziyalılar, yazarlar kimi, özünün də bir qələm adamı, millət vəkili olaraq, həmişə gəncləri oxumağa, öyrənməyə, savadlı olmağa, tariximizi, ədəbiyyatımızı dərindən bilməyə, vətənpərvərliyə, habelə zərərli vərdişlərdən uzaq olmağa çağırdığını xatırladan xanım millət vəkili, orta məktəbin ən əsas vəzifəsinin şüurlu, peşəkar vətəndaş yetişdirmək olduğunu deyib.

Qeyd edib ki, həm bu ilki, həm də ötən tədris illərində özünəməxsus nəticələri ilə seçilən 283 saylı məktəbin gələcəkdə daha böyük uğurlara imza atacağına inam yüksəkdir. Bu inamı öz işini sevən, dərsləri şagirdlərə yalnız savadla deyil, yanar ürəklə çatdıran müəllimlərin varlığından, şagirdlərin öyrənmək əzmindən aldığını bildirib.

Gecədə fərqlənən hər bir şagirdlə söhbət edən və məktəbdə milli tariximizin, ümumən humanitar elmlərin də dərindən öyrənilməsi istiqamətində həyata keçirilən uğurlu işlərin önəmini vurğulayan Q.Paşayeva, onlara öz kitablarını hədiyyə edib, xatirə şəkilləri çəkdirib.

Tədbirin sonunda millət vəkili Q.Paşayeva müəllimlərlə fikir mübadiləsi aparıb, məktəb rəhbərliyi və pedaqoji kollektivin, müəllifi olduğu kitablarla bağlı yaddaqalan görüş təşkil etdikləri üçün bir daha təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti