...

Diqqət: Bakı-Qazax magistralında hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 12 İyun 2017 09:58 (UTC +04:00)
“Azəravtoyol” ASC tərəfindən bu gün səhər saat 10:00-dan etibarən Bakı-Qazax magistral avtomobil yolunun 47 km-dən 72 -ci km-ə kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.
Diqqət: Bakı-Qazax magistralında hərəkət məhdudlaşdırılır

Bakı. Trend:

“Azəravtoyol” ASC tərəfindən bu gün səhər saat 10:00-dan etibarən Bakı-Qazax magistral avtomobil yolunun 47 km-dən 72 -ci km-ə kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

ASC-dən Trend-ə verilən məlumata görə, işlərin aparıldığı hissədə avtonəqliyyat vasitələrinin hərəkətində tam və qismən məhdudlaşdırılma olacaq.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sürət həddinə nəzarət etmələrini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti