...

GÜCLÜ YAĞIŞ səbəbindən Bakıda avtomobillərin sürət həddi azaldıldı (FOTO)

Cəmiyyət Materials 13 İyun 2017 13:45 (UTC +04:00)
Bütün sürücülərdən yollardakı sürət həddinə əməl etmələri xahiş edilir.
GÜCLÜ YAĞIŞ səbəbindən Bakıda avtomobillərin sürət həddi azaldıldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Yağışlı hava ilə əlaqədar paytaxtın iki əsas avtomagistralında - Heydər Əliyev prospektində Buzovna dairəsinədək və Zığ dairəsi - Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endiriliib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

R.Behbudov küçəsi istisna olmaqla, hazırda paytaxtın digər küçə və prospektində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.

Bütün sürücülərdən yollardakı sürət həddinə əməl etmələri xahiş edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti