...

Nobel mükafatçısı Əziz Sancar: Hərbi sahəyə təhsildən çox pul xərcləyirlər

Cəmiyyət Materials 14 İyun 2017 11:35 (UTC +04:00)
"Təəssüflər olsun ki, bu gün dünya ölkələri hərbi məsələlərə təhsildən çox xərc çəkirlər".
Nobel mükafatçısı Əziz Sancar: Hərbi sahəyə təhsildən çox pul xərcləyirlər

Bakı. Elçin Mehdiyev – Trend:

"Təəssüflər olsun ki, bu gün dünya ölkələri hərbi məsələlərə təhsildən çox xərc çəkirlər".

Trend-in məlumatına görə, bunu Nobel mükafatçısı Əziz Sancar bu gün Bakıda Təhsil Nazirliyinin dəstəyi, UNEC, "Clarivate Analytics" ("Thomson Reuters") agentliyi, Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Ə.Sancar bildirib ki, hərbi sahəyə elmdən, təhsildən çox vəsaitin ayrılması heç də düzgün addım deyil.

O, milliyyətçiliyin dünya üçün bir bəla olduğunu diqqətə çatdırıb: “Milliyyətçilik bir lənətdir. Tarix boyu bunu görmüşük və hələ də bunu müşahidə edirik".

Ə.Sancar Türkiyədə təhsil tarixi haqqında geniş məlumat verib. O qeyd edib ki, Mustafa Kamal Atatürk Türkiyədə təhsil sahəsində islahatçı olub:

"Mən də kasıb ailədən idim, amma gözəl təhsil aldım. Bu günə gəlib çatmağımda Atatürkün böyük əməyi olub. Qazandıqlarıma Atatürkün sayəsində nail olmuşam və ona çox minnətdaram”.

Alim qeyd edib ki, Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir və Türk dünyasının döyünən ürəkləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti