...

Bakı Ali Neft Məktəbində Milli Qurtuluş Günü qeyd olunub

Cəmiyyət Materials 14 İyun 2017 13:39 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində (BANM) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Bakı Ali Neft Məktəbində Milli Qurtuluş Günü qeyd olunub

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.

Tədbiri açan Ali Məktəbin Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

“Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl qurtuluş və Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan Heydər Əliyevdir”, - prorektor bildirib. O, qeyd edib ki, dahi lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycan müstəqil və güclü dövlətə çevrildi. R.Həsənov həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu Öndərin ideyalarının uğurlu davamçısı olduğunu bildirib.

BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev “Heydər Əliyevin neft diplomatiyasının görünməyən tərəfləri” adlı məruzə ilə çıxış etdi. O, bildirdi ki, Heydər Əliyevin çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı.

Daha sonra “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-ci kurs tələbəsi Pakizə Paşayeva çıxış edərək Ulu Öndərin həyatından və çoxsahəli ictimai-siyasi fəaliyyətindən bəhs etdi.

Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti