...

"Gənc istedadlar" liseyində "Son zəng" çalındı (FOTO)

Cəmiyyət Materials 14 İyun 2017 14:38 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində "Son zəng" keçirilib.
"Gənc istedadlar" liseyində "Son zəng" çalındı (FOTO)

Bakı. Trend:

Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində "Son zəng" keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov məzunları və onların valideynlərini təbrik edərək gələcək hayatlarında uğurlar arzulayıb.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, məzunların ölkəmizin inkişafı və çiçəklənməsi yolunda görülən böyük işlərin iştirakçılarına çevriləcəyinə əminliyini ifadə edən rektor, eyni zamanda, liyesin fəaliyyət dövründən danışıb, məzunlarının dünyanın nüfuzlu universitetlərində təhsil aldığını vurğulayıb.

Liseyin direktoru, professor Qasım Hüseynov liseyin 2016-2017-ci tədris ilində qazandığı uğurlardan bəhs edib. Bu il liseyi bitirən 46 məzunun əksər hissəsinin Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların ilk mərhələsindən 600-dən çox bal topladıqlarının diqqətə çatdırıb.

Tədbirdə liseyin respublika, eləcə də şəhər olimpiadalarında yer tutmuş şagirdləri diplomla təltif edilib. Daha sonra valideynlər adından Zəkiyyə Qasımova, məzunlar adından ötən il liseyi Qızıl medalla bitirmiş Rəna Həsənzadə danışıblar. Sonra məzunların sinif rəhbərləri Sevinc Mənsimzadə və Elmira Musayeva çıxış edərək, onlara gələcək həyat və karyeralarında uğurlar arzulayıblar.

Tədbir Təşkilati işlər üzrə direktor müavini Məleykə Bayramovanın rəhbərliyi ilə hazırlanmış bədii kompozisiya ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti