...

Azərbaycanda 28 qeyri-müsəlman dini icma dövlət qeydiyyatından keçib (FOTO)

Cəmiyyət Materials 19 İyun 2017 14:24 (UTC +04:00)
Azərbaycanda ikisi gürcü pravoslav xristian dini icması olmaqla, 28 qeyri-müsəlman dini icma dövlət qeydiyyatından keçib.
Azərbaycanda 28 qeyri-müsəlman dini icma dövlət qeydiyyatından keçib (FOTO)

Bakı. Trend:

Azərbaycanda ikisi gürcü pravoslav xristian dini icması olmaqla, 28 qeyri-müsəlman dini icma dövlət qeydiyyatından keçib.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə görüşdə deyib.

Görüş zamanı Azərbaycan ilə Gürcüstan arasında dini sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

M.Qurbanlı bildirib ki, Azərbaycanda dövlətin din siyasəti bütün dini konfessiyalara bərabər şəraitin yaradılması, dini icmalara və ibadət yerlərinə dövlət qayğısı əsasında formalaşıb.

Azərbaycanda ikisi gürcü pravoslav xristian dini icması olmaqla 28 qeyri-müsəlman dini icmanın dövlət qeydiyyatından keçdiyini qeyd edən Komitə sədri ölkədə müsəlman dini icmalarla yanaşı, qeyri-müsəlman dini icmalara da hərtərəfli diqqət və yardım göstərildiyini vurğulayıb.

T.Şaraşenidze ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu bildirib. Səfir iki ölkə arasında mövcud münasibətlərin və qarşılıqlı əməkdaşlığın qorunub saxlanılmasının və inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir Dövlət Komitəsinin sədrini və əməkdaşlarını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib.

Görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və sədr müavini Səyavuş Heydərov da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti