...

"Formula 1"də Bakıda işıqforlar söndürülən küçə və prospektlərin ADLARI

Cəmiyyət Materials 19 İyun 2017 17:16 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakıda keçiriləcək “Formula-1" Azərbaycan Qran Pri yarışı ilə əlaqədar 19-26 iyun tarixlərində bəzi küçə və prospektlərin kəsişmələrində quraşdırılan siqnal kontrollerlərinə "sarı döyünən işıq" və "işıqforun söndürülməsi" siqnal əmri tətbiq edilib.
"Formula 1"də Bakıda işıqforlar söndürülən küçə və prospektlərin ADLARI

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakıda keçiriləcək “Formula-1" Azərbaycan Qran Pri yarışı ilə əlaqədar 19-26 iyun tarixlərində bəzi küçə və prospektlərin kəsişmələrində quraşdırılan siqnal kontrollerlərinə "sarı döyünən işıq" və "işıqforun söndürülməsi" siqnal əmri tətbiq edilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, həmin günlər Azərbaycan pros.-Əziz Əliyev küçəsi, Əziz Əliyev küçəsi - Neftçilər prospekti, Bülbül prospekti- Neftçilər prospekti, Üzeyir Hacıbəyov küçəsi - Rixard Zorge küçəsi, Üzeyir Hacıbəyov küçəsi - Aleksandr Puşkin küçəsi, Üzeyir Hacıbəyov küçəsi - Azadlıq prospekti, Rəşid Behbudov küçəsi - Üzeyir Hacıbəyov küçəsi, Bülbül prospekti- Üzeyir Hacıbəyov küçəsi, Rəşid Behbudov küçəsi - Zərifə Əliyeva prospekti, Bülbül prospekti - Zərifə Əliyeva küçəsi, Səməd Vurğun küçəsi - Zərifə Əliyeva prospekti, Bülbül prospekti - Əfsələddin Xəqani küçəsi, Rəşid Behbudov küçəsi - Əfsələddin Xəqani küçəsi, Azadlıq prospekti - Əfsələddin Xəqani küçəsi, Aleksandr Puşkin küçəsi - Əfsələddin Xəqani küçəsi, Aleksandr Puşkin küçəsi - Nizami Gəncəvi küçəsində "işıqforun söndürülməsi" siqnal əmri tətbiq ediləcək.

Bu günlər ərzində həmçinin Üzeyir Hacıbəyov küçəsi - Keykab Səfərəliyeva küçəsi, Azadlıq prospekti - Nizami Gəncəvi küçəsi, Bülbül prospekti- 28 May küçəsi, 28 May küçəsi - Aleksandr Puşkin küçəsi, Bülbül prospekti - Şəmsi Bədəlbəyli küçəsi, 28 May küçəsi- Keykab Səfərəliyeva küçəsi, 28 May küçəsi- Rixard Zorge küçəsi, Səməd Vurğun küçəsi - Üzeyir Hacıbəyov küçəsi, Bünyad Sərdarov küçəsi- Səid Rüstəmov küçəsində "döyünən işıq" siqnal əmri tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti