...

Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib

Cəmiyyət Materials 19 İyun 2017 17:57 (UTC +04:00)
“Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nazirliyin əməkdaşları tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.
Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyinin “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nazirliyin əməkdaşları tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, audit yoxlaması zamanı Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətində bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib.

Bununla əlaqədar “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamasının nəticələrinə dair materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti