...

İtaliyanın “Turismo” səyahət portalı Bakının görməli yerlərindən yazıb

Cəmiyyət Materials 19 İyun 2017 19:49 (UTC +04:00)
İtaliyanın nüfuzlu “La Stampa” qəzetinə bağlı “Turismo.it” səyahət portalında “Azərbaycan: Bakını kəşf etmək üçün atılası 10 addım” adlı məqalə dərc olunub.
İtaliyanın “Turismo” səyahət portalı Bakının görməli yerlərindən yazıb

Bakı. Trend:

İtaliyanın nüfuzlu “La Stampa” qəzetinə bağlı “Turismo.it” səyahət portalında “Azərbaycan: Bakını kəşf etmək üçün atılası 10 addım” adlı məqalə dərc olunub.

Məqalədə Bakının gözəllikləri ilə tanış olmaq üçün turistlərin gedə biləcəyi məkanlarından bəhs olunur.

Yazıda Xəzər dənizinin sahilində yerləşən şəhərin xüsusilə Milli Dənizkənarı Park hissəsinin gözəlliyi və sahilboyu uzanan müxtəlif attraksionlar, “Park Bulvar” ticarət mərkəzi və dünyada ən hündür Azərbaycan bayrağının dalğalandığı dirəyin yerləşdiyi Dövlət Bayrağı Meydanı haqqında məlumat verilir. Bundan əlavə, Bakı funikulyoruna minməklə dəniz kənarından Bakının üfüq xəttini kəsən üç göydələn-Alov Qüllələrinə gəlib çatmaq və Bakının gözəl mənzərəsinə tamaşa etməyin mümkünlüyü qeyd olunur.

Məqalədə Bakı şəhərində qiymətlərin münasibliyi, həmçinin yerli mədəniyyəti təbliğ edən muzey-restoranlara baş çəkməyin vacibliyi bildirilir.

Müəllif, yorğunluğu çıxarmaq üçün şəhərin bir çox xarakterik yerlərində müxtəlif quru meyvələr və paxlava ilə təqdim olunan çay içməkdən, həmçinin müxtəlif növ kabab yeməkdən zövq almaq mümkünlüyünü diqqətə çatdırır. Gözəl Bakı gecələrində minlərlə paytaxt sakini müxtəlif memarlıq üslubunda tikilmiş binaların arası ilə gəzişərək, günü başa vururlar. Nizami küçəsi əsas alış-veriş və ticarət mərkəzlərinin yerləşdiyi məkandır və burada mağazalar çox gec bağlanırlar.

Məqalədə Xalça Muzeyi barədə də danışılır: “Bina bükülmüş böyük xalçanı xatırladır və burada xalça mədəniyyətinin ecazkar nümunələrinə heyran ola bilərsiniz. Muzeydə müxtəlif əsrlərə məxsus xalça və digər tətbiqi incəsənət əsərlərinin 10 min nümunəsindən ibarət kolleksiya saxlanılır. Muzeyin əməkdaşları məmnuniyyətlə sizə müxtəlif xalçaların mənaları və hazırlanması texnikası haqqında müvafiq məlumatlar verəcəklər”.

Müəllif məqalədə Bakı metrosunun münasib qiymətə olduğunu və stansiyaların zəngin memarlıq və dizayn nümunələri ilə bəzədildiyini diqqətə çatdırır.

Yazıda Heydər Əliyev Mərkəzi haqqında da məlumat verilir, memar Zaha Hadidin şah əsərlərindən biri sayılan bu binanın kərpic və sementdən hazırlanan sovet memarlığına Azərbaycan tərəfindən tutarlı cavab olduğu vurğulanır.

Həmçinin İçərişəhər haqqında danışılır, buranın 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs nümunələri siyahısına daxil edildiyi, ərazidə qədim tarixə malik abidələr, o cümlədən “Qız qalası, Cümə məscidi, Hamam məhəlləsi və Şirvanşahlar sarayı kimi tarixi abidələrin yerləşdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti