...

İki günün hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 24 İyun 2017 12:46 (UTC +04:00)
Azərbaycanda iki gün ərzində - 25-26 iyun tarixlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb.
İki günün hava proqnozu açıqlanıb

Bakı. Trend:

Azərbaycanda iki gün ərzində - 25-26 iyun tarixlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək. Havanın temperaturunun gecə 19-21° isti, gündüz 27-32° isti olacağı gözlənilir. Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütutuna yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti təşkil edəcək.

İyunun 26-da isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 20-22° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 25-də əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

İyunun 26-da isə əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarda bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 17-22° isti, gündüz 30-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti