...

Daha 2 pilot Bakıda Formula 1 üzrə yarışda mübarizəni dayandırıb

Cəmiyyət Materials 25 İyun 2017 18:15 (UTC +04:00)
Daha 2 pilot Formula 1 Azərbaycan Qran Prisində mübarizəni vaxtından əvvəl dayandırıb
Daha 2 pilot Bakıda Formula 1 üzrə yarışda mübarizəni dayandırıb

Bakı. Ənvər Məmmədov - Trend:

Daha 2 pilot Formula 1 Azərbaycan Qran Prisində mübarizəni vaxtından əvvəl dayandırıb.

Trend-in məlumatına görə, Kimi Raykkonen arxa təkərinin partlaması səbəbi ilə mübarizəni vaxtından əvvəl dayandırıb.

Bundan əlavə, pilot Serxio Peres Okon ilə toqquşmadan sonra mübarizəni dayandırıb. Trasda qırmızı bayraq qaldırılıb, bolidlər pit-leynə qayıdır. Trasda bolidlərin qırıntılarını toplayırlar.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti