...

Azərbaycan Prezidenti və xanımı "Formula 1" Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıblar (VİDEO)

Cəmiyyət Materials 25 İyun 2017 19:22 (UTC +04:00)
Bu gün Bakıda "Formula 1" Azərbaycan Qran Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
Azərbaycan Prezidenti və xanımı "Formula 1" Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıblar (VİDEO)

Bakı. Trend:

Bu gün Bakıda "Formula 1" Azərbaycan Qran Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev "Formula 1" Azərbaycan Qran Prisinin qalibi olan "Red Bull" komandasının pilotu Daniel Rikkardoya Kuboku təqdim edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Red Bull" komandasına Konstruktorlar Kubokunu təqdim edib.

Finişi ikinci keçən Valtteri Bottasa ("Mercedes") mükafatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutmuş Lens Stroll ("Williams") mükafatı isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti