...

Azərbaycanda məscidlərdə bayram namazı qılınıb

Cəmiyyət Materials 26 İyun 2017 09:24 (UTC +04:00)
Ramazan bayramı ilə əlaqədar Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb.
Azərbaycanda məscidlərdə bayram namazı qılınıb

Bakı. Elçin Mehdiyev - Trend:

Ramazan bayramı ilə əlaqədar Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb.

Trend-in məlumatına görə, bu gün dünyada müsəlmanlar müqəddəs Ramazan bayramını qeyd edirlər.

Bu gün Ramazan ayının başa çatması münasibətilə saat 09:00-dan etibarən Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərində bayram namazları qılınıb. Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlı Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.

Təzəpir məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

Qeyd edək ki, iyunun 26-sı və 27-də Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti