...

İYULDA TƏHSİL ÜZRƏ KOMİSSİYANIN ƏSASNAMƏSİNİN LAYİHƏSİ PREZİDENTƏ TƏQDİM OLUNACAQ

Cəmiyyət Materials 25 İyun 2005 15:01 (UTC +04:00)

Azərbaycan prezidenti yanında Təhsil üzrə komissiyanın əsasnaməsinin layihəsi dövlət başçısına iyulda təqdim olunacaq. Bu barədə Trend ə AR Təhsil Nazirliyindən məlumat verilib.

Yaxın günlərdə komissiya üzvlərindən layihə üzrə təkliflərin qəbulu başa çatacaq və Prezidentin İcra Aparatının Humanitar siyasət şöbəsi tərəfindən ümumiləşdirmə aparılacaq. Bundan əlavə, layihənin hazırlanmış variantı komissiya üzvlərinə üçün göndəriləcək.

Qeyd edək ki, Azərbaycan prezidentinin fərmanından sonra Prezidentin İcra Aaparatının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə bir iclas keçirilib. İclasda təhsilin inkişafına dair bir sıra strateji məsələləri, o cümlədən Azərbaycanın Avropa təhsil məkanına inteqrasiyası, Boloniya prosesinə qoşulması və müvafiq materialların komissiyaya təqdim olunmasını öyrənmək məqsədilə işçi qrupunun yaradılması haqqında qərar qəbul olunub.

İclasda, həmçinin doqquzillik təhsil bazasında orta peşə məktəblərinə qəbul məsələləri də müzakirə olunub. Qəbul haqqında elanın nəşr olunmasına baxmayaraq, yalnız 200 ərizə verilib. Bununla əlaqədar qəbul müddətini sentyabrın 1-dək uzatmaq qərara alınıb.

Xəbər lenti

Xəbər lenti