...

TEYMUR RƏCƏBOV HƏLƏLİK YEDDİNCİDİR

Cəmiyyət Materials 28 İyun 2005 12:35 (UTC +04:00)

Varşavada keçirilən şahmat üzrə Avropa çempionatının 9-cu turunda rumıniyalı qrossmeystr D-L.Nisipeanu ilə heç-heçə oynayan həmyerlimiz Teymur Rəcəbov 6.5 xal toplayaraq turnir cədvəlində hələlik 7-ci yerdədir. Trend in məlumatına görə, o, cədvəldə liderlər üçlüyündən - ukraynalı V.İvançuk, sonuncu turda öz həmvətəninə uduzmuş S.Karyagin və rumın D-L.Nisipeanudan sonra gəlir.

hollandiyalı Lyuk van Velli ilə heç-heçə oynayan digər şahmatçımız Qadir Hüseynovun aktivində 5.5 xal var. Ş.Məmmədyarov öz partiyasını uduzub və 5 xala yiyələnib.

Xəbər lenti

Xəbər lenti