...

AZƏRBAYCAN BOKKSÇULARI DAĞISTANDAN 7 MEDALLA QAYIDIBLAR

Cəmiyyət Materials 28 İyun 2005 16:08 (UTC +04:00)

Boks üzrə Azərbaycan komandası İzbirbaşda keçirilən beynəlxalq turnirdə iki gümüş və beş bürünc mükafat qazanıblar. Trend in məlumatına görə, finala öz çəki dərəcələrində ikinci yerlə kifayətlənən Rahim Nəcəfov (54 kq) və İlham Hatəmov çıxıb. Eyni zamanda, üçüncü yerə Cahangir Əsgərov (51 kq), Ramil Səttarzadə (54 kq), Namiq Hüseynov (57 kq), Hafiz Vəliyev (75 kq) və Nicat Əkbərov (81 kq) çıxıblar.

Kollektivin məşqçisi Rasim Məmmədovun sözlərinə görə, dəri əlcək ustalarımızın Dağısmtanda göstərdikləri nəticəni uğurlu saymaq olar. Həm də komandanın əsas tərkib hissəsini gənclər təşkil edib. Buna görə də daha yaşlı rəqiblərlə mübarizə aparmaq o qədər də asan olmayıb. İdmançılarımızın bu turnirdə iştirakı Avropa birinciliyinə hazırlıq mərhələsidir.

Qeyd edək ki, İzbirbaşdakı yarışın ən yaxşı hakimi azərbaycanlı arbitr Nazim Mirhüseynov hesab edilib.

Xəbər lenti

Xəbər lenti