...

AZƏRBAYCAN UEFA-NIN REYTİNQİNDƏ ƏN AŞAĞI ƏMSALLARDAN BİRİNƏ MALİKDİR

Cəmiyyət Materials 28 İyun 2005 16:37 (UTC +04:00)
AZƏRBAYCAN  UEFA-NIN REYTİNQİNDƏ ƏN AŞAĞI ƏMSALLARDAN BİRİNƏ MALİKDİR

Azərbaycan UEFA-nın 2004/05-ci il mövsümünün yekunları üzrə dərc olunmuş əmsallar cədvəlində sonuncu yerlərdən birini tutur. Trend agentliyinin məlumatına
görə, bu gün üçün biz 1,332 xal yığaraq yalnız Farera, Qazaxıstan, Andorra və San-Marinonu qabaqlamışıq. Bu zaman nəzərə almaq lazımdır ki, bizim klublar Avropa Futbol Şurasının tətbiq etdiyi sanksiyalara görə iki Avropa kuboku mövsümünü buraxaraq beynəlxalq arenya yalnız ötən il qayıda bilmişik.

Bu əmsallardan 2005/06-cı il mövsümündə Çempionlar liqasının və UEFA Kubokunun iştirakçılarının bölüşdürülməsində istifadə olunur. Müəyyən klubun reytinqinin hesablanmasında komandanın əmsalı onun assosiasiyasının üçüncü əmsalı ilə cəmləşdirilir. Bu göstəricilərlə həmçinin 2006/07-ci il mövsümündə Avropa Kubokunda ölkənin təqdimatını müəyyən edir.

Əmsallar cədvəlinin illik tərtibatı zamanı son beş il ərzində Çempionlar Liqası və UEFA Kubokunda çıxışların (İntertoto kubokunun nəticələrindən başqa) nəticələri nəzərə alınır. Beləliklə, altı il bundan əvvəlki mövsümün göstəriciləri hər il geri atılır.

Xəbər lenti

Xəbər lenti