...

TEYMUR RƏCƏBOV ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATINDA 6-14 YERLƏRİ BÖLÜŞÜR

Cəmiyyət Materials 29 İyun 2005 10:55 (UTC +04:00)

Şahmat üzrə Avropa çempionatının 10-cu turunda Teymur Rəcəbov Sloveniyadan olan A.Belyavski ilə oyunu heç-heçə oynayaraq 7 xal toplayıb. Trend agentliyinin məlumatına əsasən, Ukraynalı vunderkind 15 yaşlı Sergey Karyakin həmyerliyisi İ.Moisenkoya qalib gələrək 8 xalla yenidən birinciliyə çıxıb. 2-5-ci yerləri 7,5 toplamış 4 qrossmeyster bölüşür. Onların arasında həmin turnirin ən yüksək reytinqinə malik ən istedadlı şahmatçılardan biri Ukraynalı Vasiliy İvançukdur.

6-14-cü yerləri 7 xal toplamış şahmatçılar tutur ki, onların arasında Teymur Rəcəbov da var. Əlavə məlumata əsasən, o, 8-ci yerdədir. Qədir Hüseynov Horvatiyalı Qoran Dizdarom ilə heç-heçə oynayaraq 6 xal toplayıb və 52-ci yerə çıxıb. Şəhriyar Məmmədyarov da İsrayilli idmançı Yevgeniy Postnıy ilə heç-heçə oynayıb. O, Polşalı qrossmeyster Bartolomey Maçeya ilə partiyanı heç-heçə oynamış Namiq Qüliyevlə 5,5 xal toplayıb və 68-59-cu yerləri tutub. S.Quliyev- 5, E.Hüseynov, R.Məmmədov və R.İbrahimov 4 xal toplayıb.

11-ci turda T.Rəcəbov qara fiqurlarla yunan şahmatçısı V.Kotronias ilə oynayacaq.

Xəbər lenti

Xəbər lenti