...

AZƏRBAYCAN KLUBLARI RESPUBLİKA STADİONUNDA AVROPA KUBOKUNUN EV SAHİBİ MATÇLARINI KEÇİRƏCƏK

Cəmiyyət Materials 29 İyun 2005 12:45 (UTC +04:00)

Azərbaycan klubları Avropa Kubokunun ev sahibi matçlarını T.Bəhramov adına Respublika stadionunda keçirəcək. Trend in məlumatına görə, ölkənin baş arenası Çempionlar liqasının "Neftçi" - "Hаfnarfiordur" (İslandiya), eləcə də UEFA Kubokunda "Bakı" - "Jilina" (Slovakiya) və "Xəzər" - "Nistru" (Moldova) matçını qəbul edəcək. Komandaların respublika stadionunu seçməsi bu gün buranın ölkədə beynəlxalq tələblərə cavab verən yeganə stadion olması ilə izah edilir. Həm də milli çempionatda "Neftçi" və "Bakı" komandalarının ev sahibi görüşlərini məhz bu arenada keçirdiklərini nəzərə alsaq, məsuliyyətli görüş üçün yeni yer axtarmağın sadəcə olaraq mənası yoxdur.

Onu da qeyd etmək lazımdır ki, AFFA rəhbərliyi dünya çempionatındakı Azərbaycan-Polşa komandalarının cavab görüşündə baş vermiş insidentdən sonra klublara Respublika stadionunda beynəlxalq görüşlər keçirməyi qadağan etsə də, sonradan mövqeyini yumşaldıb.

Xəbər lenti

Xəbər lenti