...

"OLİMPİYA OYUNLARI-2004" MİNİ KİTABININ TƏQDİMAT MƏRASİMİNDƏ OLİMPİYA MEDALÇILARIMIZ DA İŞTİRAK EDƏCƏKDİR

Cəmiyyət Materials 29 İyun 2005 12:48 (UTC +04:00)

İyulun 6-da İçərişəhərdəki Minüatur Kitab Mərkəzində "Olimpiya oyunları-2004" adlı mini kitabın təqdimat mərasimi keçiriləcəkdir. Bu haqda mərkəzin direktoru Zərifə Salahova Trend ə verdiyi müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, kitab iki- azərbaycan və ingilis dillərində tərtib olunmuşdur.

Azərbaycan dilində nəşr olunmuş kitab 256 səhifədən, digəri isə 248 səhifədən ibarətdir. Kitabda, ötən il avqustun 4-də dövlət başçısı İlham Əliyevin iştirakı ilə Zağulbadakı "Gənclik" beynəlxalq istirahət mərkəzində idmançılarımızın Olimpiya oyunlarına yolasalınma mərasimində çəkilmiş fotoşəkillərdən tutmuş, onların olimpiya oyunlarında iştirakı, medallarla təltif olunması, eləcə də , avqustun 15-də prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın iştirakı ilə keçirilmiş "Azərbaycan mədəniyyət günləri", həmçinin oyunlar bitdikdən sonra dövlət başçısının olimpiyaçılarımızı "Ağ Ev"də qəbul etməsini əks etdirən foto şəkillər daxil edilmişdir.

Təqdimat mərasimində Afina Olimpiyadasının medalçıları və iştirakçıları, Milli Olimpiya Komitəsinin rəhbərliyi, Gənclər, İdman və Turizm Nazirliyinin rəhbər strukturlarının nümayəndələri, idman komitələrinin təmsilçiləri, eləcə də Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri iştirak edəcəkdir.

Xəbər lenti

Xəbər lenti