...

USAID AZƏRBAYCANDA YENİ BEŞİLLİK LAYİHƏNİN GERÇƏKLƏŞDİRİLMƏSİNƏ BAŞLAYIR

Cəmiyyət Materials 30 İyun 2005 13:37 (UTC +04:00)

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə yeni beşillik layihənin gerçəkləşdirilməsinə başlayır. Bu barədə Trend ə layihə ofisindən məlumat verilib.

Layihədə reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində vəziyyətin yaxşılaşdırılması nəzərdə tutulub. Bu layihə Engender Health, ADRA, IntraHealth International və Meridian Group International təşkilatları tərəfindən birgə gerçəkləşdiriləcək.

Layihənin gerçəkləşdirilməsi çərçivəsində AR Səhiyyə Nazirliyi ilə özəl təşkilatlar əməkdaşlıq edəcək. Layihə 4 əsas hissədən - reproduktiv sağlamlıq xidmətlərinin sadələşdirilməsi və keyfiyyətinin artırılması, ardıcıllığın artırılması, ailə planlaşdırılması üçün informasiya bazasının verilməsindən ibarətdir.

Layihənin təqdimat mərasimi iyulun 1-də baş nazirin müavini Əli Həsənov, səhiyyə naziri Əli İnsanov, ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş, eləcə də bir sıra rayonların icra başçılarının və tibbi dairələrin iştirakı ilə Hyatt Regency otelində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti