...

T.RƏCƏBOV DÖRDÜNCÜDÜR

Cəmiyyət Materials 1 İyul 2005 11:25 (UTC +04:00)

Şahmat üzrə 13 turluq Avropa çempionatının 12-ci turunda Teymur Rəcəbov 45-ci gedişdə İsveçrə şahmatçısı V.Milovu təslim olmağa məcbur edib. Trend agentliyinin məlumatına əsasən, T.Rəcəbov 8,5 xal toplayaraq 4-cü yerə çıxıb və sonuncu turda onu rusiyalı şahmatçı A.Dreev ilə çətin görüş gözləyir.

Birinciliyə çıxanlar isə iki nəfərdir - 9 xal toplamış L-D.Nisipeanu (Rumıniya) və hazırda Sloveniyanı təmsil edən qrossmeyster A.Belyavskiy.

Artıq bu gün demək olar ki, T.Rəcabov turnirin yekunları üzrə dünya birinciliyinə iddia edən şahmatçıların siyahısına düşəcək. Lakin digər şahmatçılarımız haqqında bunu demək mümkün deyil. Qadir Hüseynov 7 xalla 56-ci yerdədir. Ş.Məmmədyarov və N.Quliyev -6,5, S.Quliyev, R.Məmmədov və R.İbrahimov - 6, E.Hüseynov 5 xala malikdir.

Xəbər lenti

Xəbər lenti