...

BAKIDA İNSULİN ZAVODU TİKİLƏCƏK

Cəmiyyət Materials 1 İyul 2005 11:37 (UTC +04:00)

Yaxın vaxtlarda Bakıda insulin istehsalı üzrə zavod tikiləcək. Bu barədə Trend ə AR səhiyyə naziri Əli İnsanov bildirib.

Onun dediklərinə görə, belə bir təkliflə layihənin bütün maliyyə məsələlərini üzərinə götürməyə hazır olan bir ingilis şirkəti çıxış edib.

Nazir zavodun tikilməsilə ölkədə insulin çatışmazlığı probleminin tam həllinə əmin olduğunu bildirib. O etiraf edib edib ki, hazırda bu poblem ölkədə çox kəskin şəkil alıb və nazirlik şəkər xəstəliyindən əziyyət çəkən xəstələri həmin preparatla pulsuz təmin etmək iqtidarında deyil.

Rəsmi məlumatlara əsasən, hazırda Azərbaycanda 53 min şəkərli diabet xəstəsi var, onların təxminən 15 mini 14 yaşadək olan uşaqlardır.

Xəbər lenti

Xəbər lenti