...

"AZƏRBAYCANDA REPRODUKTİV SAĞLAMLIQ – AİLƏ PLANLAŞDIRILMASI" LAYİHƏSİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

Cəmiyyət Materials 1 İyul 2005 12:33 (UTC +04:00)
"AZƏRBAYCANDA REPRODUKTİV SAĞLAMLIQ – AİLƏ PLANLAŞDIRILMASI" LAYİHƏSİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

İyulun 1-də Bakıda Amerikanın ACQUIRE xeyriyəçi təşkilatının "Azərbaycanda reproduktiv sağlamlıq və ailə planlaşdırılması" adlı layihəsinin təqdim olunduğu seminar keçirilib.

Layihə işləri ABŞ hökumətinin yardım fondunun (USAID) dəstəyi ilə ADRA, Intrahealth, Meridian və Group International beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanın 15-20 rayonunda gerçəkləşdiriləcək.

Layihə çərçivəsində həkim və sanitar heyətin ixtisasının artırılması üzrə seminarların təşkili, kontrasept və digər dərman preparatlarının ucuz qiymətə satışı, əhali arasında maarifçilik işinin aparılması, regional müaliçə şəbəkəsinin inzibati idarəolunmasının təkmilləşdirilməsi və s. nəzərdə tutulub.

Layihənin gerçəkləşdirilməsinin birinci mərhələsində 5 rayonda (Ağsu, Göyçay, İsmayıllı, Şamaxı və Kürdəmir) layihə işlərinin görülməsi planlaşdırılır. Beşillik layihənin gerçəkləşdirilməsinə 5 million ABŞ dolları ayrılıb.

Layihənin təqdimat mərasimində səhiyyə naziri Əli İnsanov, yerli administrasiyaların rəhbərləri və ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş iştirak edib.

Xəbər lenti

Xəbər lenti