...

AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ GƏNCLƏR ARASINDA DÜNYA BİRİNCİLİYİNİN FAVORİTLƏRİNDƏN HESAB EDİLİR

Cəmiyyət Materials 1 İyul 2005 13:21 (UTC +04:00)

İyulun 2-də Azərbaycan yığması Vilnüsə yola düşəcək, orada sərbəst və yunan-roma güləşi üzrə gənclər arasında keçirilən dünya birinciliyində iştirak edəcək. Trend agentliyi xəbər verir ki, Rövşən Umudovun başçılıq etdiyi "sərbəst güləşçilərin" tərkibinə Ceyhun Əliyev (50 kq), Röyal İsmayılov (55 kq), Elnur Qəmbərov (60 kq), Xaqani Süleymanov (65 kq), Elnur Əliyev (74 kq) və Mehman İmamquliyev (84 kq) daxildir.

"Klassik güləşçilərin" tərkibinə isə Rövşən Bayramov (55 kq), Zakir Abdullayev (60 kq), Səməd Cobziyev (66 kq) və Turqay Hüseynov (74 kq) daxildir.

Mütəxəssislərin fikrincə, hər iki komanda məşqçilərin də qənaətində olduğu eyni uğuru nümayiş etdirə bilər. Bunu da nəzərə almaq lazımdır ki, bizim gənc güləşçilərimiz yarışın favoritlərindən hesab olunurlar.

Hazırda yığmalar T.Bəhramov adına Respublika stadionunun bazasında yarışa hazırlığı başa çatdırır.

Xəbər lenti

Xəbər lenti