...

ƏLİ İNSANOV: AVQUSTDA USAID-İN SƏHİYYƏ SAHƏSİNDƏ YENİ LAYİHƏSİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 1 İyul 2005 13:32 (UTC +04:00)

Avqustda USAID-in Azərbaycanda ilk tibbi yardımın yaxşılaşdırılmasına istiqamətləndirilmiş yeni layihəsinin gerçəkləşdirilməsinə başlanacaq. Trend agentliyinin məlumatına əsasən, bu barədə iyulun 1-də AR səhiyyə naziri Əli İnsanov "Azərbaycanda reproduktiv sağlamlıq və ailə planlaşdırılması" adlı seminarda bildirib.

Nazir qeyd edib ki, həmin layihə çərçivəsində beynəlxalq standartların Azərbaycanın səhiyyə sisteminə tətbiq olunması üzrə planlı iş aparılacaq. Layihə ölkənin bütün regionlarını əhatə edəcək, onun gerçəkləşdirilməsinə isə ABŞ hökumətinin 10 ml dollar ayırması ehtimal olunur.

Ə.İnsanov bildirib ki, Azərbaycan hökuməti həmin proqramın gerçəkləşdirilməsi çərçivəsində Dünya Bankı və Asiya İnkişaf Bankı ilə kredit sazişləri üzrə dnışıqlar aparıb. ABŞ hökumətinin dəstəyi nəticəsində Azərbaycan əlavə borc yükündən azad olub", - deyə nazir bildirib. O qeyd edib ki, həmin layihənin uğurla gerçəkləşdirilməsi Azərbaycanın sosial inkişaf proqramlarına beynəlxalq dəstəyin artmasına ümid verir.

ABŞ səfiri Rino Harniş, öz növbəsində, jurnalistlərlə söhbətində deyib ki, Vaşinqton Azərbacyanda səhiyyə sisteminin inkişafına böyük əhəmiyyət verir. "Ümid edirəm ki, bu layihələr Azərbaycanda sosial proqramların uğurla gerçəkləşdirilməsinə köməklik göstərəcək", - deyə Amerikalı diplomat vurğulayıb.

Xəbər lenti

Xəbər lenti