...

YENİ TƏDRİS İLİNDƏ BAKI VƏ SUMQAYIT MƏKTƏBLƏRİ TAM KOMPUTERLƏŞƏCƏK

Cəmiyyət Materials 1 İyul 2005 16:50 (UTC +04:00)

Bakı və Sumqayıtdakı 210 ümumtəhsil məktəbi yeni tədris ilində tam komputerləşəcək. Bu barədə jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov məlumat verib. Onun sözlərinə görə, komputerləşmə "Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təchizatı (2005-2007-ci illər) " dövlət proqramı çərçivəsində həyata keçirilir.

Nazirin sözlərinə görə, bu il hökumət proqramın birinci mərhələsinin həyata keçirilməsi üçün artıq 4 milyon dollar ayırıb.

Nazirin sözlərinə görə, bu vəsaitin yarısından çoxu informasiya texnologiyalarının və avadanlıqların alınmasına, digər hissəsi isə mütəxəssis pedaqoqların səviyyəsinin artırılmasına və hazırlanmasına yönəldilib. Bu mərhələdə Bakı və Sumqayıtdakı, daha sonra isə regionlardakı məktəblərin komputerləşməsi nəzərdə tutulub. Proqram çərçivəsində 100 müəllim treninqdən keçərək müvafiq sertifikatlar alıblar və məktəblərə göndəriliblər.

Ümumilikdə, üç illik proqram ölkədəki 4500 ümumtəhsil məktğəbinin komputerləşdirilməsini nəzərdə tutur. Hökumət onun reallaşdırılması üçün 20 milyon dollar ayırıb.

Xəbər lenti

Xəbər lenti