...

AZƏRBAYCAN VOLEYBOLÇULARI RUSLARI MƏĞLUB EDİBLƏR

Cəmiyyət Materials 4 İyul 2005 11:46 (UTC +04:00)

2006-cı ildə Yaponiyada keçiriləcək voleybol üzrə dünya çempionatı uğrunda seçmə yarışların ikinci turunda Çexiya voleybolçularını 3:0 hesabı ilə məğlub edən voleybolçularımız sonuncu turun başlanmasına qədər artıq final yarışlarının iştirakçıları arasında layiqli yer tutublar.

Trend agentliyininverdiyi məlumata görə, turnirin üçüncü oyun günündə idmançılarımız Tokioda rusiyalı volebolçularla qarşılaşıblar. Bu görüş hər iki rəqib üçün son dərəcə priqsipial səciyyə daşıyırdı. Birinci oyunu 20-25 hesabı ilə uduzan qızlarımız artıq ikinci oyunun gedişində üstünlüyə nail olublar.

B. Korotenko çox gözəl oynayıb, N. Məmmədovanın zərbələri də hədəfə dəyib, Natalya isə oyunda müdafiəni çox gözəl təşkil edib. İkinci oyunda voleybolçularımız 25-22 hesabı ilə qalib gəliblər. Üçüncü oyunda rusiyalılar mübarizə aparsalar da, Azərbaycan idmançılarına 25-22 hesabı ilə məğlub olublar.

Dördüncü oyunda azərbaycanlılar möcüzə yaradıblar. Artıq üstünlüyü əllərində saxlayan qızlarımız bu partiyanı 10-0 hesabı ilə başa vurublar. Rusiya yığması isə əksinə, qələbədən əllərini üzərək və həmyerlilərimizin göstərdiyi gözəl oyuna heç bir müqavimət göstərmədən bu oyunda 25-11 hesabı ilə məğlub olub.

Beləliklə, turnirin hər üç matçında qalib gələrək, komandamız 6 xalla qalib çıxıb. Rusiyalılar 5 xalla ikinci yerdə qərarlaşıblar.

Sonuncu matçda Çexiya voleybolçuları ilə oynayan bolqarlar üçüncü yeri tutaraq 2006-cı ildə Yaponiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq şansı əldə ediblər. Avqusda onlar yenidən belə turnirə qatılacaqlar.

Xatırladaq ki, qızlarımız bu il Avropa çempionağının final mərhələsində də öz güclərini sınayacaqlar.

Xəbər lenti

Xəbər lenti