...

"BAKI" ALBANİYA YIĞMASINDA OYNAYAN FUTBOLÇUNU KLUBA DƏVƏT EDİB

Cəmiyyət Materials 4 İyul 2005 11:49 (UTC +04:00)

"Bakı" futbol klubu mövsümün başlanmasına az qaldığı bir vaxtda bir sıra legionerləri kluba dəvət edib. Trend agentliyinin verdiyi məlumata görə, Quba məşqlərindən qayıdan komandanın tərkibində Albaniya yığmasının yarım müdafiəçisi Suad Lici və Latviya yığmasının forvardı Ştoltsers oynayır. Həmçinin, "Bakı" klubunda Buxaranın "Dinamo" klubunun müdafiəçisi İonuts Badya və keçən mövsümdə Ukraynanın "Vorskla" klubunda çıxış edən Alban Draquşa oynayacaq. "Bakı"nın qapısını Gürcüstan yığmasının ehtiyatda olan qapıçısı Soso Qrişikaşvili qoruyub.

Görüşlərin gedişində "Bakı" klubunun rəqiblərindən biri ötən ay Ukrana mütəxəssisi İqor Nakoneçnının başçılıq etdiyi "MKT-Araz" klubu olacaq. İmişlilər öz oyunları ilə gözəl təəssürat bağışlasalar da, 2-3 hesabı ilə məğlub olublar.

Xəbər lenti

Xəbər lenti