...

"TURAN" FUTBOL KLUBU KADR PROBLEMLƏRİLƏ ÜZLƏŞƏ BİLƏR

Cəmiyyət Materials 5 İyul 2005 12:22 (UTC +04:00)

Növbəti milli çempionat ərəfəsində "Turan" yutbol klubu mühüm kadr problemləri ilə üzləşə bilər. Trend in məlumatına görə, komandanın əsas problemlərindən biri ciddi dəyişikliklərə məruz qalmış hücum xətti ilə bağlıdır.

Həmçinin, tovuzlular "Neftçi"yə getmiş yığmanın hücumçusu Nadir Nəbiyevdən və aldığı zədəyə görə öz karyerasına son qoymağa məcbur olmuş ukraynalı Sergey Skaçenkodan da məhrum olub. Bununla əlaqədar, klubun rəhbərliyi "Qarabağ"ın oyunçusu Samir Musayevi komandaya cəlb etməyə çalışsa da, tərfələr hələlik futbolçunun transferi barədə öz aralarında razılığa gələ bilməyiblər.

Eyni zamanda, "Turan" İranda oynayan yarımmüdafiəçi Rüfət Quliyevi və ötən mövsümün sonunda "Neftçi"nin tərkibindən uzaqlaşdırılan Elşən Qəmbərovu komandaya cəlb etmək niyyətindədir

Xəbər lenti

Xəbər lenti