...

"ŞAHDAĞ-SAMUR" FUTBOL KLUBUNUN MƏŞQÇİSİ DƏYİŞİB

Cəmiyyət Materials 6 İyul 2005 12:35 (UTC +04:00)

Ölkə çempionatının Ali Liqasında oynayan "Şahdağ-Samur" futbol klubunun məşqçiləri dəyişib. Trend in məlumatına görə, indi hakim vəzifəsində Tahir Əmiraslanovu Sumqayıtdan Sabir Əliyev əvəz edib.

Əvvəllər o, Sumqayıtın "Xəzər" və i "Gənclər Birliyi" komandalarının məşqçisi olduğu üçün kifayət qədər elit diviziyadan olan komandalarla işləmək təcrübəsinə malikdir. Qusarlılar hələlik tranferlərlə bağlı məlumat verməsələr də, lakin özünə yeni iş yeri axtaran yarımmüdafiəçi Kamran Əlibabayevin klubdan gedəcəyi gözlənilir.

S.Əliyev qeyd edib ki, əvvəlcə güclənməyə ehtiyacı olan mövqeni müəyyən etmək üçün "Şahdağ-Samur"un hazırki tərkibği ilə tanış olacaq.

Bu arada kollektivin prezidenti Bəybala Məmmədov da istefa verib. Bu zaman o, Bakıda olduğu halda kollektivə rəhbərlik etməyin kifayət qədər çətin olduğunu etiraf edib.

Xəbər lenti

Xəbər lenti