...

YUNESKO AZƏRBAYCANDA TƏHSİLİN İNKİŞAFI ÜZRƏ YENİ LAYİHƏ HƏYATA KEÇİRİR

Cəmiyyət Materials 6 İyul 2005 16:11 (UTC +04:00)

YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO Azərbaycanda təhsil sisteminin inkişafı üzrə yeni layihə həyata keçirir.

Azərbaycan Respublikası təhsil nazirliyində Trend agentliyinə bildirilib ki, təhsil naziri Misir Mərdanovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti təşkilatın Parisdəki mənzil-qərargahında layihənin gerçəkləşdirilməsi üzrə məsləhətləşmələr aparır.

Nazirlikdə bildirilib ki, səfər çərçivəsində Azərbaycanda təhsil sahəsindəki problemlər, bu problemlərin həllində YUNESKO-nun yardım göstərməsi imkanlarına dair danışıqlar aparılacaq.

YUNESKO-nun Azərbaycanla əməkdaşlığının inkişafına dair memorandumun imzalanması mümkündür.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti YUNESKO-nun baş katibi Koiçiro Maçuura Azərbaycana gəlmək üçün dəvətnamə təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti