...

TAYKVANDOÇULARIMIZ İZMİRDƏ DÖRD MÜKAFAT QAZANIBLAR

Cəmiyyət Materials 6 İyul 2005 16:58 (UTC +04:00)

Azərbaycanın taykvando üzrə komandası İzmirdə keçirilmiş nüfuzlu beynəlxalq turnirdə dörd qızıl medal qazanıb. Trend agentliyinin məlumatına əsasən, Avropa çempionatının gümüş mükafatçısı 58 kq çəki dərəcəli Elnur Amanov qızıl medala layiq görülüb.

Finala qədər gəlib çıxmış Afina Olimpiadasının iştirakçısı Rəşad Əhmədov yuxarı pilləyə qalxa bilməyib. Zahid Məmmədov (54 kq) və Şahrun Yusifova (47 kq) "tunc" mükafata layiq görülüblər.

Komanda dörd medalla üçüncü yeri tutub, birinci və ikinci yerləri isə türklər və ispanlar bölüşdürürlər. Bu yarışda on iki ölkədən təxminən dörd yüz atlet iştirak edirdi. Türkiyəyə səyahət isə idmançılarımız üçün Riqada keçiriləcək Avropa payız çempionatına hazırlıq mərhələsi olub.

Xəbər lenti

Xəbər lenti