...

DÜNYA ƏHALİ GÜNÜ İLK DƏFƏ OLARAQ AZƏRBAYCANDA GENİŞ ŞƏKİLDƏ QEYD OLUNACAQ

Cəmiyyət Materials 6 İyul 2005 17:12 (UTC +04:00)

İyulun 11-i- Dünya Əhali günü bu il ilk dəfə olaraq Azərbaycanda geniş şəkildə qeyd olunacaq.Bu haqda tədbirin təşkilatçısı-Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) mətbuat xidmətindən Trend ə bildiriib.

Bu məqsədlə Milli parkdakı "Sinema club"da təntənəli mərasimin keçiriləcəyi bildirilir.Mərasimdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti, gənclər, idman və turizm naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev və digər rəsmi şəxslər iştirak edəcəklər.

Tədbirə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də dəvət alıblar.

Rəsmi hissədən sonra tanınmış incəsənət ustaları geniş konsert proqramı ilə çıxış edəcəklər.

Xatırladaq ki, 11 iyul- Dünya Əhali günü BMT-nin təşəbbüsü ilə 1948-ci ildən keçirilır.

Xəbər lenti

Xəbər lenti