...

SƏRBƏST GÜLƏŞ ÜZRƏ GƏNCLƏRDƏN İBARƏT YIĞMAMIZ DÜNYA BİRİNCİLİYİNDƏ BİR BÜRÜNC QAZANIB

Cəmiyyət Materials 7 İyul 2005 13:09 (UTC +04:00)

Sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan yığması Vilnüsdə keçirilən dünya birinciliyində gənclər arasında ilk medalı qazanıb.

Trend agentliyinin verdiyi məlumata görə, 74 kq çəki dərəcəsində Elnur Əliyev bürünc medala layiq görülüb. İdmançı dörddə bir final oyununda uğursuz çıxış etməsinə və rusiyalı Alberto Satirova məğlub olmasına baxmayaraq, üçüncü yer uğrunda mübarizədə iranlı həmyaşıdının müqavimətini qırıb. Ceyhun Əliyev (50 kq) və Elmir Qəmbərov (60 kq) isə yoldaşlarının bu uğurunu davam etdirə bilməyərək, mükafatdan əllərini üzüblər.

Litvada sərbəst güləşçilərimizlə yanaşı, dünya birinciliyində mükafat uğrunda mübarizə aparan yunan-roma güləşçiləri xalça üzərinə çıxmalıdırlar.

Xəbər lenti

Xəbər lenti