...

"NEFİÇİ-XAFNARFORDUR" ÇEMPİONLAR LİQASININ BİRİNCİ MATÇINI XORVATİYALI HAKİM İDARƏ EDƏCƏK

Cəmiyyət Materials 7 İyul 2005 13:28 (UTC +04:00)

Xorvatiyalı münsiflər briqadası FİFA hakimi İvan Bebek başda olmaqla iyulun 12 "T. Bəhramov adına" Respublika stadionda keçiriləcək "Neftçi"-"Xafnarfordur" (İslandiya), çempionlar liqasının birinci raundunu idarə edəcək.

Trend agentliyinin məlumatına əsasən, Tomislav Petroviç və Zelko Qrqiç hakim İ. Bebekin köməkçiləri olacaqlar, dördüncü hakim vəzifəsini isə İvan Novok icra edəcək. Bir həftə sonra İslandiyada keçiriləcək cavab görüşünün idarə olunması FİFA hakimi Sten Kaldmın rəhbərliyi ilə estoniyalı hakimlər briqadasına tapşırılacaq.

Bununla yanaşı, UEFA kubokunun "Bakı-Jilina" (Slovakiya) matçında münsif vəzifəsini türkiyəli Metin Aydoğan, Xəzər və Moldaviyanın Nistru komandaları arasında baş tutacaq görüşü türk hakimləri idarə edəcək.

Xəbər lenti

Xəbər lenti