...

HEYDƏR ƏLİYEV FONDU ŞƏKİNİN ÜÇ KƏNDİNDƏ YENİ MƏKTƏB İNŞA ETDİRƏCƏK

Cəmiyyət Materials 7 İyul 2005 17:00 (UTC +04:00)

Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısının artırılması məktəb tikintisinin genişləndirilməsində də özünü parlaq şəkildə göstərir. Fərəhli haldır ki, yeni dərs ilinədək Heydər Əliyve fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü, fondun maliyyə dəstəyi və d. mövcüd imkanlar hesabına respublikamızın müxtəlif bölgələrində yeni məktəb binalarının inşa olunması nəzərdə tutulur.

Şəki şəhər təhsil şöbəsinin müdiri Məmmədnuri Yusifov bu barədə əməkdaşımıza məlumat verərək demişdir ki., həmin nəcib və xeyirxah işdən Şəkinin təhsil müəssisələrinə də samballı pay düşmüşdür. Belə ki, təhsil işçilərinin, şagirdlərin və valideynlərin arzusu nəzərə alınaraq 2005-2006-cı dərs ilinədək rayonumuzun Qozlubulaq, İncəzınid və Oradam kəndlərində yeni məktəb binaları inşa ediləcəkdir.

Xəbər lenti

Xəbər lenti