...

"QALA" İLƏ GÖRÜŞ ƏRFƏSİNDƏ PERMİN "URAL-QREYT" KOMANDASI GÜCLƏNİB

Cəmiyyət Materials 8 İyul 2005 12:34 (UTC +04:00)

"Qala" basketbol klubunun "Challenge Cup" turniri üzrə rəqibi olan Permin "Ural-Qreyt" komandası nəzərə çarpacaq dərəcədə güclənib. Trend in məlumatına görə, komandanın rəhbərliyi komandanın yeni baş məşqçisi 38 yaşlı Qundars Vertlə müqavilə imzalayıb.

Məşhur latış basketbolçusu, son iki il yarım ərzində Riqanın "Barons" komandasının məşqçisi olub və komandaya Latviya çempionatında medal qazandırıb. Eyni zamanda kollektiv məşhur rusiyalı oyunçu Vasili Karasevi və eləcə də güclü mərkəzçi Mixail Mixaylovu da komandaya cəlb edib. Son vaxtlaradək Madridin "Real" komandasında oynayan M.Mixaylov artıq Perm klubu ilə bir illik müqavilə imzalayıb.

Xatırladaq ki, "Qala" yarım qrupda Ukraynanın "Ximik" komandası ilə də oynayacaq. Lakin "Ural-Qreyt" yarım qrupun əsas favoriti hesab edilir.

Xəbər lenti

Xəbər lenti