...

FUTZAL ÜZRƏ UEFA KUBOKUNDA "ARAZ"IN RƏQİBLƏRİ MƏLUM OLUB

Cəmiyyət Materials 8 İyul 2005 12:48 (UTC +04:00)

UEFA-nın mənzil-qərargahında keçirilən püşkatma zamanı UEFA Kuboku uğrunda futzal klubu "Araz"ın rəqibləri müəyyən edilib. Trend in məlumatına görə, naxçıvanlılar Belçikanın "Kristal Nuar", Bosniyanın "Karak" və Hollandiyanın "De Hommel"lə mübarizə aparacaqlar. Hələlik turnirin paytaxtı müəyyən olunmasa da, cədvələ görə yarımqrupda matçlar oktyabr ayında keçiriləcək. Bu zaman "Kristal Nuar" özünün milli birinciliyində ikinci komandadır.

Avropa Kubokunun final mərhələsinə yalnız podqrupun qalibi buraxılacaq.

Həmçinin nüfuzlu mükafat uğrunda iki il əvvəlki mövsümün finalçıları və qızıl medalın sahibləri olan "Benfika" və "Bumeranq"da mübarizə aparacqlar. Futzal üzrə UEFA Kubokunun beş illik tarixi ərzində ispan klubları daha çox qələbə qazanıblar. "Bumeranq"la yanaşı pyedestalın ən yüksək pilləsinə "Kastelon" ikinci dəfə qalxıb.

Xəbər lenti

Xəbər lenti