...

KARATEÇİLƏRİMİZ PEKİNDƏ KEÇİRİLƏCƏK OLİMPİYADADA İŞTİRAK ETMƏK ŞANSI ƏLDƏ EDƏ BİLƏRLƏR

Cəmiyyət Materials 8 İyul 2005 13:47 (UTC +04:00)

Azərbaycan karateçiləri Beynəlxalq Olimpiya komitəsinin Sinqapurda davam edən 117-ci sessiyasının gedişində Pekində keçiriləcək Oyunlarda iştirak etmək şansı əldə edə bilərlər. İyulun 8-də Yay oyunları proqramı üzrə BOK üzvlərinin səsverməsi keçiriləcək.

Trend agentliyinin məlumatına əsasən, 1936-cı ildən bəri ilk dəfə olaraq proqramda idman növü çıxarıla bilər, onun yerinə isə beş idman növündən birinin daxil edilməsi mümkündür, bu halda yerlərin ümumi sayı elə 28 olaraq qalacaq. Yay Olimpiya oyunlarından çıxarılmış sonuncu idman növü at polosu olub. Bu 1936-cı ildə baş verib.

İyulun 8-də olimpiya proqramına daxil edilmiş 28 idman növü üzrə səsvermə keçiriləck. 51% səs qazanmış idman növü proqramda qalır. Nəticələr bütün idman növləri üzrə gizli səsvermə başa çatan kimi elan ediləcək. Səsvermədən qabaq idman növlərinin qiymətləndirilməsi üzrə üçillik iş aparılıb, onun nəticəsi kimi isə iyunun 13-də BOK-un 265 səhifəlik hesabatı nəşr olunub.

Proqramdan bir idman növü çıxarıldıqda, yeni idman növünün daxil edilməsi ilə bağlı qərar iyulun 9-da qəbul ediləcək. Proqrama 5 idman növü - qolf, karate, skvoş, reqbi, rolik idmanı daxildir. Üstün idman növü proqramdan çıxarıldığı təqdirdə qolf və ya reqbinin, skvoş və ya rolik idmanının, təkbətək idman növlərindən isə karatenin proqrama daxil ediləcəyi gözlənilir.

2012-ci ildə oyunların hansı ölkədə keçiriləcəyi uğrunda mübarizədə Londonun qələbəsi Böyük Britaniyada kifayət qədər tanınan reqbinin mövqeyini möhkəmləndirib. Bunun təsdiqinə mətbuat mərkəzində rast gələ bilərik: məlumat masalarından birinin üzərində Beynəlxalq Reqbistlər İttifaqından bir dəstə gül və bu idman növü haqqında ətraflı məlumat.

Xəbər lenti

Xəbər lenti