...

TEXNİKİ-PEŞƏ MƏKTƏBLƏRİNİN DÖVLƏT İNKİŞAF PROQRAMI LAYİHƏSİ BU GÜNLƏRDƏ TƏSDİQƏ VERİLƏCƏK

Cəmiyyət Materials 8 İyul 2005 17:37 (UTC +04:00)

Azərbaycanın Təhsil Nazirliyində texniki-peşə məktəblərinin 2005-2010-cu illər üçün dövlət inkişaf proqramı layihəsinin hazırlanması başa çatıb. Bu bardə Trend agentliyinə Azərbaycanın Təhsil Nazirliyinin texniki-peşə məktəbləri ilə iş üzrə idarəsindən məlumat veriblər.

Proqramda dövlət tərəfindən bu təhsil müəssisələrinin inkişafına yardım edilməsi nəzərdə tutulur. Sənəddə həmçinin təhsil proqramlarının təkmilləşdirilməsi məsələləri, məktəblərin maddi-texniki bazalarının inkişafı üçün vəsaitlərin artırılması öz əksini tapıb.
stranı.

Sənədin layihəsi artıq müvafiq nazirliklər və idarələr tərəfindən müzakirə edilib və yaxın günlərdə ölkə prezidentinin müzakirəsinə veriləcək.

Xəbər lenti

Xəbər lenti