...

DORTMUNDA GÜCLÜLƏRİN ŞAHMAT TURNİRİ START GÖTÜRÜB

Cəmiyyət Materials 9 İyul 2005 11:13 (UTC +04:00)

İyulun 8-də Almaniyanın Dortmund şəhərində ELO 2711 orta əmsallı 19-cu kateqoriya üzrə ən güclü şahmatçıların turniri başlayıb.

Trend in məlumatına görə, turnirdə Veselin Topalov (Bolqarıstan) 2778, Peter Leko (Macarıstan) 2763, Vladimir Kramnik (Rusiya) 2753, Maykl Adams (İngiltərə) 2737, Etyen Bakro (Fransa) 2731, Pyotr Svidler (Rusiya) 2725,eləcə də hollandiyalı Lyuk Van Veli 2687, Bakıda doğulmuş, hazırda isə İsraili təmsil edən Emil Sutovski 2665, danimarkalı qrossmeyster Nilsen 2653 və turnirin sahibi Arkadi Naydiç 2626 kimi elitar qrossmeysterlər iştirak edirlər.

Birinci turda Leko Van Vellini, Adams Topalovu, Naydiç Sutovskini və Nilsen u Bakronu udub. Yeganə heç-heçə Kramkin-Svidler partiyasında qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti