...

AZƏRBAYCAN CÜDOÇULARI BOSFOR KUBOKUNDA FƏRQLƏNİBLƏR

Cəmiyyət Materials 12 İyul 2005 10:45 (UTC +04:00)

Cüdo üzrə komandamız İstambulda başa çatmış Bosfor kubokunda iri beynəlxalq turnirin nəticələrinə görə iki medal qazanıb. Trend agentliyinin məlumatına əsasən, 60 kq çəki dərəcəsində ölkənin ən perspektivli gənc atletlərindən biri olan Nicat Şıxəlizadə ən yüksək zirvəyə qalxıb.

Elməddin Əhmədov (73 kq) komanda yoldaşının bu uğurunu davam etdirsə də, finalda uduzub. Yığmanın baş məşqçisi Ağayar Axundzadə bir çox gənc atletlərimizin potensiallarını və eyni zamanda ölkənin milli komandasında perspektivlərini yoxlamaq üçün onları Türkiyəyə aparıb. Olimpiyadadan sonra məşqçi ştabı qarşısında duran əsas məsələ 2008-ci il Oyunlarına döyüş qabiliyyətli kollektiv yaratmaqdır.

İstambulda keçirilmiş turnirə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu turnirdə 25 ölkədən cüdoçular iştirak edirdilər. Ümumi komanda hesabında Braziliya yığması daha çox üstünlük qazanaraq bu uğurlarını qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti