...

"QARABAĞ"IN YENİ BAŞ MƏŞQÇİSİ MƏLUM OLUB

Cəmiyyət Materials 12 İyul 2005 15:26 (UTC +04:00)

"Qarabağ" futbol klubunun yeni baş məşqisi müəyyən olunub. Trend agentliyinin məlumatına əsasən, ağdamlılara çempionat başa çatan kimi "Qarabağ"ı tərk etmiş İqor Ponomaryovu əvəz edəcək Elxan Abdullayev başçılıq edəcək.

Yeni mütəxəssislə müqavilə imzalanmasa da, tərəflər artıq məhz E. Abdullayevin komandanın məşqçisi olacağı barədə prinsipial razılığa gəliblər. Hələlik klub rəhbərliyi yeni məşqçiyə konkret tapşırıq verməyib.

Mövsümlərarası oyunlarda bir çox oyunçular "Qarabağ"ı tərk etdiklərindən, məşqçi hər şeyi sıfırdan başlayaraq, yeni komanda yaratmalıdır.

Xatırladaq ki, ötən çempionatın gedişində ağdamlılar ilk mərhələlərdə liderlik edirdilər, lakin sonda uğursuz oynayaraq altıncı yerə enmişdilər.

Xəbər lenti

Xəbər lenti