...

İKT ÖLKƏLƏRİNİN TURİZM NAZİRLƏRİNİN NÖVBƏTİ İCLASI BAKIDA KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 13 İyul 2005 18:30 (UTC +04:00)

İslam konfransı Təşkilatına (İKT) üzv ölkələrin turizm nazirlərinin növbəti iclası Bakıda keçiriləcək.Azərbaycan Respublikası gənclər, idman və turizm Nazirliyində Trend agentliyinə bildirilib ki, bu barədə qərar təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin bu günlərdə keçirilən sonuncu iclasında qəbul edilib.

Azərbaycanın İKT üzvü ölkələrinin XİN başçılarının və turizm nazirlərinin növbəti iclaslarının Bakıda keçirilməsinə dair təklifi təşkilatın bütün 57 üzvü tərəfindən bəyənilib. Nazirlikdən verilən məlumata əsasən, turizm nazirlərinin növbəti iclası 2006-cı ildə keçiriləcək.

İclasın gündəliyinə islam ölkələrində turizmin inkişafı məsələləri ilə yanaşı həm də bu ölkələrin ərazisində hərbi münaqişələr zamanı mədəni irsin məhv edilməsi məsələsi də daxil edilib.Xüsusilə Azərbaycan ölkənin işğal olunmuş ərazilərində Ermənistanın tarixi abidələri məhv etməsi məsələsini qaldıracaq.

Xəbər lenti

Xəbər lenti